Press "Enter" to skip to content

Onlar “Parla”yırlar!

Onlar "Parla"yırlar!

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Sosial Xidmət Mərkəzlərində (SXM) göstərilən xidmətlərdən yararlanan uşaqlardan ibarət “Parla” inklüziv mədəni kollektivi fəaliyyət göstərir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “həmin mərkəzlərdə sosial reabilitasiya proqramına cəlb olunan istedadlı uşaqlar arasından davamlı olaraq seçim aparılır və onlar üçün kollektivin sıralarına qoşulmaq imkanı yaradılır. “Parla” inklüziv kollektivinin üzvləri SXA-də öyrəndikləri rəqs, rəssamlıq, bədii qiraət, musiqi alətlərində ifa, əl işlərinin hazırlanması və s. kimi bacarıqlarını əlamətdar günlərə həsr olunmuş müxtəlif mədəni tədbirlərdə nümayiş etdirirlər”.

Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inkluziyasına dəstək olmaq, həmçinin onların emosiya və hisslərini ifadə etməsinə, psixoloji və emosional inkişafına töhvə verməkdir.

Mission News Theme by Compete Themes.