Press "Enter" to skip to content

Strateji kommunikasiyalar mövzusunda kurs

Strateji kommunikasiyalar mövzusunda kurs

BAYRAQDAR MEDİA – Müdafiə Nazirliyi (MN) və NATO-nun Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda “NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya” (STRATCOM) mövzusunda kurs keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən kursda MN-in müxtəlif idarə və hərbi hissələrinin bir qrup şəxsi heyəti ilə yanaşı, digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Tədbir iştirakçılarına MN-in Kommunikasiya Strategiyası ilə bağlı təqdimat verilib. Kurs müddətində iştirakçılar müxtəlif mövzularda təqdimatları dinləyib, qarşılıqlı müzakirələr aparılaraq suallar cavablandırılıb, eləcə də Nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti ilə tanış olublar”.

Bildirək ki, kursun keçirilməsində əsas məqsəd dinləyicilərə strateji kommunikasiyanın rolunu izah etmək, informasiya əməliyyatlarında koordinasiyanı artırmaq, əməliyyat mühitində iştirakçı tərəflərin kommunikasiya planı qurma və tətbiqi bacarıqlarını inkişaf etdirmək, müttəfiq ölkələr, eləcə də qurumlar arasında vahid yanaşma prinsipini göstərmək və silahlı münaqişələr zamanı informasiya mübarizəsində hazırlığı artırmaqdan ibarətdir.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Mission News Theme by Compete Themes.