Press "Enter" to skip to content

Bolqarıstana altı Avropa ölkəsindən dəstək

Meşə yanğınları ilə mübarizə

BAYRAQDAR MEDİA – Avropa Komissiyası ötən həftə Avropa miqyasında eyni vaxtda baş verən çoxsaylı meşə yanğınları ilə mübarizədə onlara kömək göstərilməsi məqsədilə Avropa Bilriyinin Mülki Müdafiə Mexanizmini işə saldıqlarını açıqlayıb.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata görə, Bolqarıstanda Çexiya, Slovakiya, Fransa, Macarıstan, Rumıniya və İsveç olmaqla altı ölkə, AB Mülki Müdafiə Mexanizmi vasitəsilə, İsveçdə yerləşdirilən rescEU helikopterləri də daxil olmaqla, hava nəqliyyat vasitələrini səfərbər edib.

Bolqarıstan xarici işlər naziri Daniel Mitpov bildirib ki, ölkədə yalnız son bir həftə ərzində 1 000-dən çox yanğın baş verib və onların üçdə birindən çoxu qəsdən və ya ehtiyatsızlıqdan törədilmiş yanğınlardır.

Mission News Theme by Compete Themes.