Press "Enter" to skip to content

Görkəmli dirijorun doğum günü qeyd olunacaq

BAYRAQDAR MEDİA – 20 avqustda Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Maestro Niyazinin doğum gününə həsr olunmuş konsert keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügesən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu altında Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dəstəyi ilə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Vasif Adıgözəlovun, Asəf Zeynallının və Niyazinin seçilmiş əsərləri ifa olunacaq”.

Tədbir Niyazinin zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etmək məqsədi daşıyır.

Mission News Theme by Compete Themes.