Press "Enter" to skip to content

“Xankəndi Hekayəsi” təqdim olunub

Tədbir zamanı

Xatirə Vəliyeva: Bu sənədli film, işğal illərindəki insan talelərini, məcburi köçkünlərin yaşadığı ağrıları və bu torpaqlara geri dönüşün sevincini özündə birləşdirir

BAYRAQDAR MEDİA – Avqustun 14-də “Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi” tərəfindən ərsəyə gətirilən “Xankəndi Hekayəsi” sənədli filmi ictimaiyyətə təqdim olunub.

Təqdimat mərasimində ölkənin müxtəlif bölgələrindən gəlmiş vətəndaş cəmiyyəti fəalları, qeyri-hökumət təşkilatlarının (QHT) sədrləri, ictimai xadimlər, televiziya kanalları və xəbər saytlarının rəhbərləri iştirak etdikləri tədbiri giriş sözü ilə Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli açıb.

O, qeyd edib ki, Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorlugu ilə ərsəyə gəlib: “Bu, bir daha göstərir ki, dövlət dəstəyi ilə həyata keçirilən layihələr milli yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıyır”.

Xatirə Vəliyeva çıxş edərkən
Xatirə Vəliyeva çıxş edərkən

Sonra çıxış edən “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib ki, “Xankəndi Hekayəsi” filmi, işğal illərindəki insan talelərini, məcburi köçkünlərin yaşadığı ağrıları və bu torpaqlara geri dönüşün sevincini özündə birləşdirir.

X.Vəliyeva deyib ki, “Xankəndi Hekayəsi” filmi real şahidlərin dilindən, arxiv kadrlar və unikal foto-video materiallar əsasında hazırlanıb. Məqsəd, yalnız itirilmiş yurdun xatirəsini yaşatmaq deyil, həm də Qarabağın bərpası və gələcək nəsillərə ötürüləcək həqiqətlərin sənədli salnaməsini yaratmaqdır”.

Ramil İskəndərli çıxış edərkən
Ramil İskəndərli çıxış edərkən

Sənədli filmin ssenari müəllifi Bəxtiyar Qaraca isə vurğulayıb ki, bu sənədli film Xankəndinin təkcə xəritədə bir şəhər olmadığını, həm də yüzlərlə, minlərlə insanın yaddaşında və ürəyində yaşayan bir Vətən simvolu olduğunu göstərir: “Film, tamaşaçıya həm keçmişi xatırladır, həm də gələcəyə ümid verir”.

Çıxış edən Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli filmdə Azərbaycana və onun mədəni irsinə qarşı vandal münasibətin göstərildiyini qeyd edib: “Eyni zamanda burada Azərbaycana qarşı beynəlxalq hüququn pozulması, həmçinin işğaldan azad olunduqdan sonra Qarbağa qayıdış motivi özünü göstərir”.

Daha sonra tədbir müzakirlərlə davam edib.

Müzakirələrdə qeyd edilib ki, bu film sadəcə ekran əsəri deyil, hər kadrında tarixin izlərini, hər səsində doğma yurd həsrətini daşıyan bir hekayə, bu torpaqlara, bu insanlara, bu tarixə yazılmış bir məktubdur. Natiqlər bu cür layihələrin davamlı olmasının vacibliyini vurğulayıblar.

Mission News Theme by Compete Themes.