Press "Enter" to skip to content

Gözlənilən hava şəraiti

Gözlənilən hava şəraiti

BAYRAQDAR MEDİA – Avqustun 19-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Milli Hidrometeorologiya Xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək”.

Sonra xəbərdə, “Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.