BAYRAQDAR MEDİA – Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş, “Ailə İli” çərçivəsində həyata keçirilən “İlk Müəllimim Ailəm” mobil tətbiqinin artıq 1 milyon 25 min ailə tərəfindən istifadə edilməyə başlandığını açıqlayıb.
Bu barədə bha.net.tr saytı məlumat yayıb.
Məlumata görə nazir Göktaş, yazılı açıqlamasında valideynlərin uşaq böyütmə prosesini sağlam şəkildə idarə etmələrinə dəstək olmaq məqsədilə müxtəlif işlər gördüklərini xatırladıb. Nazir, bu tətbiqin həm valideynlik bacarıqlarını gücləndirmək, həm də cütlüklər arasında sağlam evlilik münasibətlərini möhkəmləndirmək üçün hazırlandığını bildirib.
Tətbiqin cütlüklərə ilk ailə həyatlarını qurduqları andan etibarən rəhbərlik etməyi hədəflədiyini vurğulayan Göktaş daha sonra deyib: “Cütlüklər arasındakı ünsiyyət məsələləri və ailələrin uşaq inkişafı barədə ehtiyac duyduğu məlumatları tək bir platformada topladıq. Tətbiqimiz, uşaqların inkişafı və ailə həyatına dair etibarlı, geniş və pulsuz məlumatlar təqdim edərək valideynlərə rəhbərlik edir. Valideynlərə uşaqları ilə keyfiyyətli vaxt keçirməyi təşviq edən məzmunlar təmin olunur və uşaqlarının inkişafını izləyə bilmə imkanı verilir. Həmçinin uşaq inkişafı ilə bağlı əsas bilgilər və pozitiv valideynlik bacarıqlarını dəstəkləyən tövsiyələr də tətbiqdə yer alır.”
Nazir, valideynlərin uşaqlarının yaş dövrlərinə uyğun məlumatlara və ailəliklə həyata keçirə biləcəkləri fəaliyyətlərə asanlıqla çatacağını qeyd edib. O, hamilə ailələr üçün doğuma hazırlıq, hamiləlik dövrü, gündəlik həyat və psixoloji dəyişikliklər kimi mövzularda da rəhbər məzmunlar təqdim edildiyini bildirib.





