BAYRAQDAR MEDİA – Səlcuq Dövləti hökmdarı Sultan Alp Arslanın 16 avqust 1064-cü ildə Ani şəhərini fəth etməsinin 961-ci ildönümü Ani Tarixi Qoruğunda keçirilən mərasimlə qeyd edilib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, Türkiyə-Ermənistan sərhədində yerləşən və UNESCO Dünya İrsi Siyahısında yer alan Kars Ani Tarixi Qoruğunda təşkil olunan proqram, sayğı duruşu, İstiqlal Marşı və Qurani-Kərim tilavəti ilə başlayıb: “Proqramın açılışında çıxış edən Ani Qoruğu Arxeoloji Axtarış Rəhbəri Dos. Dr. Məhəmməd Arslan deyib ki, türklerin Anadoluya giriş qapısı məlum olan Malazgirt deyil, Ani şəhəridir. Bunu bütün tarixçilər, bütün elm dünyası artıq açıq şəkildə qəbul edir. Ani yalnız Anadoluya giriş qapısı deyil, eyni zamanda Anadolu Türk-İslam tarixinin başlanğıc nöqtəsi və Türk-İslam mədəniyyətinin Anadolu torpaqlarında yaratdığı ilk nümunələri özündə saxlayan şəhərdir.
Məlumata əsasən, Kars valisi Ziya Polat isə deyib: “Fəthlər ordusunu rəhmət və minnətlə anıram. Bu torpaqları 1453-cü ildə çağ açıb çağ bağlayan Fatih Sultan Mehmetə, bu torpaqları əbədi vətən edən Gazi Mustafa Kamal Atatürkə salam olsun. Bu torpaqlar min ildən artıqdır Türkün vətənidir və Sultan Alp Arslan Han burada imza atmaqla bunu ilk dəfə sübut etmişdir. 7 il sonra Malazgirt Zəfəri ilə Anadoluya Türk yurdu quran əcdada hörmətlə minnətdarlığımı bildirirəm. Bu torpaqlar xüsusi və gözəl torpaqlardır, amma bu torpaqları gözəl edən bu millətdir.”
Proqramda Bələdiyyə sədri Ötüken Senger və AK Parti Kars millət vəkili Adem Çalkın da çıxış ediblər.





