BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən hazırda ölkə üzrə 3 min 244 şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “onlardan 3 minə yaxını ahıllar, digərləri əlilliyi olan şəxslərdir. Xidmət göstərilən şəxslərdən 2 min 493-ü qadın, 751-i kişidir. Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər”.





