Press "Enter" to skip to content

Anadolu Universiteti Xəbər Agentliyi yaradılıb

Açılışdan xatirə fotosu

BAYRAQDAR MEDİA – Anadolu Universiteti xəbər və kommunikasiya sahəsindəki institusional imkanlarını gücləndirəcək mühüm bir addımı reallaşdırıb. Universitet daxilində yaradılan Anadolu Universiteti Xəbər Agentliyi (AnaHaber), təşkil olunan açılış mərasimi ilə rəsmi olaraq fəaliyyətə başlayıb.

Bu barədə universitetdən məlumat verilib.

Mərasim çərçivəsində Türkiyənin köklü media qurumlarından Anadolu Agentliyi (AA) ilə Anadolu Universiteti arasında xəbər, məzmun istehsalı və media təhsili sahələrində əməkdaşlıq protokolu imzalanıb.
Açılış və protokol imzası mərasiminə Anadolu Universiteti rektoru Prof. Dr. Yusuf Adıgüzel, AA-nın genel müdir yardımçısı Oğuz Enis Peru, rektor müavinləri Prof. Dr. Serpil Koçdar və Prof. Dr. Yusuf Özkay, rektor məsləhətçisi və Kommunikasiya Elmləri Fakültəsi Dekanı Prof. Dr. Barış Kılınç, Korporativ Kommunikasiya Koordinatoru Dos. Dr. Serhat Koca, Xəbər və Media Əlaqələri Bölməsi rəhbəri Dr. Hande Kaynar və digər akademik və inzibati heyət qatılıb.

Mərasimdə çıxış edən rektor Prof. Dr. Yusuf Adıgüzel “Bu gün Anadolu Agentliyi ilə birlikdə reallaşdırdığımız AnaHaber Agentliyinin açılışında sizlərlə bir arada olmaqdan böyük məmnunluq duyuram. Bu mərkəz yalnız tələbələrimizin təhsil aldığı bir sahə deyil, aktiv şəkildə xəbər istehsal edən bir agentlik olacaq” deyib.

Oğuz Enis Peru isə “Anadolu Universiteti Xəbər Agentliyinin sektora yeni nəfəs gətirəcəyinə və doğru, etibarlı xəberciliyi gücləndirəcəyinə inanırıq. Biz, təcrübəmizi və infrastrukturumuzu paylaşaraq bu işə dəstək oluruq.” deyib.

Prof. Dr. Barış Kılınç isə deyib ki, məqsəd tələbələri sektora hazırlamaq və universiteti film, media və kommunikasiya sahələrində mərkəz etməkdir.

Sonra Anadolu Universiteti ilə AA arasında əməkdaşlıq protokolu imzalanıb və iştirakçılar Korporativ Kommunikasiya Koordinasiyasını gəzib.

Mission News Theme by Compete Themes.