BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev avqustun 29-da İsmayıllı rayonunda İsmayıllı və Şamaxı sakinlərinin müraciətlərini dinləyəcək.
Bu barədə nazirliyin məlumatında qeyd edilib.
Məlumata görə, həmin gün vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar avqustun 19 – 21-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar nazirlə görüş üçün əvvəlcədən tərtib olunmuş siyahı əsasında qəbul ediləcəklər.





