Press "Enter" to skip to content

Türkiyədə marketlər şəbəkəsindən yeni qərar

Market səbəti

BAYRAQDAR MEDİA – Türkiyənin aparıcı market şəbəkələrindən olan File Marketin yeni qərarı müştərilər arasında etirazlara səbəb olub. Əvvəllər BİM çatısı altında fəaliyyət göstərən, son aylarda isə ayrı bir şirkət kimi fəaliyyətə başlayan File Market, onlayn sifarişlərdə bank kartı ilə ödənişi qadağan edib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, mobil tətbiq vasitəsilə sifariş verən istifadəçilər, ödəniş ekranında “Debit/Maaş kartı ilə alış-veriş mümkün deyil, yalnız kredit kartı ilə ödəniş mümkündür” xəbərdarlığı ilə qarşılaşırlar.

“Orqanik, sağlam və keyfiyyətli məhsullar” şüarı ilə fəaliyyət göstərən File Market, bundan əvvəl də nağd ödəniş seçimini ləğv etməsi və plastik torba təqdim etməməsi ilə müzakirələrə səbəb olmuşdu. Yeni ödəniş məhdudiyyəti ilə bir çox müştəri sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.