Press "Enter" to skip to content

Yozgatlıları bir araya gətirən mərasim

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Yaz Festivalı çərçivəsində Sincan Parkda keçirilən “Memleket Günləri” davam edir. Bu dəfə Yozgat mədəniyyəti, musiqisi və ləzzətləri ilə nümayiş olunaraq böyük maraq doğurub.

Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.

Məlumata görə Sincan Parkda yay günləri axşamları konsertlərlə, gündüzləri isə “Memleket Günləri” ilə əyləncəli keçir: “Sincan Bələdiyyəsinin ev sahibliyi etdiyi festival çərçivəsində hər gün bir bölgə nümayişi təşkil olunur. Ankaralılar Günündən sonra Yozgatlılar Günü ilə Sincan Park dolub-daşıb. Yozgat mədəniyyətini, musiqisini və ləzzətlərini təqdim edən tədbirə həm Ankaralılar, həm də Yozgatlılar böyük maraq göstərib”. “Memleket Günləri” Gümüşhanelilər, Çankırılılar, Ağrılılar, Çorumlular, Kırşehirlilər, Kırıkkalelilər və Tokatlilar günləri ilə 24 Avqusta qədər davam edəcək.

Mission News Theme by Compete Themes.