Press "Enter" to skip to content

Burhanettin Durandan Recep Tayyip Erdoğanın məqaləsi ilə bağlı paylaşım

Burhanettin Duran

“Müharibələr, aclıq, nizamsız miqrasiya və iqlim fəlakətləri bizi insanlıq tarixinin ən ağır sınağı ilə üz-üzə qoyub”

BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanlığı İletişim başqanı Burhanettin Duran X sosial şəbəkə hesabından diqqət çəkən paylaşım edib.

BAYRAQDAR MEDİA xəbər verir ki, paylaşımda Cümhurbaşqanı Recep Tayyip Erdoğanın İspaniyanln nüfuzlu qəzetlərindən olan “El Pais”dəki məqaləsindən bəhs olunur.

Paylaşımda deyilir: “Cümhurbaşqanımız Recep Tayyip Erdoğan, 19 Avqust – Dünya Humanitar Yardım Günü münasibətilə qələmə aldığı “Sərhədləri Aşan Mərhəmət: Sivilizasiyalar Alyansı və Humanitar Diplomatiya” adlı məqaləsində humanitar yardımın siyasətdən kənar bir vicdan məsələsi olduğunu, Türkiyənin isə məzlumun kimliyi və inancına baxmadan dünyanın dörd bir yanına yardım əli uzadan bir ölkə kimi önə çıxdığını vurğulayıb”.

Paylaşımda, həmçinin Recep Tayyip Erdoğanın məqaləsindən bir hissə də verilib: “Müharibələr, aclıq, nizamsız miqrasiya və iqlim fəlakətləri bizi insanlıq tarixinin ən ağır sınağı ilə üz-üzə qoyub. Bu gün – Dünya Humanitar Yardım Günündə – qarşıdakı acı həqiqət budur ki, 300 milyondan artıq insan ən əsas humanitar ehtiyaclardan məhrumdur. Bu mənzərə insanlığın vicdanını sarsıdan və bütün dünyanı məsuliyyətə çağıran bir həqiqətdir.”

Qeyd edək ki, məqalənin türk dilindəki versiyasını bu linkdən oxumaq olar.

Mission News Theme by Compete Themes.