BAYRAQDAR MEDİA – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, “artıq vətəndaşların ilkin hərbi qeydiyyata alınması, mütləq müayinədən sonra hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmə nəticəsində çağırışçının hərbi xidmətə yararlı hesab olunması, əlavə tibbi müayinədən sonra şəhadətləndirilmənin nəticələri, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış yekun tibbi müayinənin nəticələri, yekun tibbi müayinədən sonra xəstəliklər cədvəlinin müvafiq bəndlərinə uyğun olaraq çağırış komissiyasının qərarı, həmçinin ailə vəziyyəti və təhsili davam etdirməyə görə çağırışdan möhlət hüququnun verilməsi barədə bildirişlər vətəndaşın “mygov” platformasındakı şəxsi kabinetinə yerləşdirilir”.
Məlumatda daha sonra deyilir: “Bundan başqa, hərbi qeydiyyat, müddətli həqiqi hərbi xidmət, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət, müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə, müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dairvə həqiqi hərbi xidmət keçmək haqqında məlumatları “mygov” vasitəsilə tam rəqəmsal formada əldə etmək mümkündür. Vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər. Bunun üçün portal istifadəçiləri “mygov” platformasında “Məlumatlarım” bölməsinə daxil olmalı, “Hərbi məlumatlarım” alt bölməsinə keçid etməli, hərbi məlumat növünü seçərək məlumatlarla tanış olub sənədi istəyə uyğun olaraq PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilər”.
Qeyd edək ki, Dövlət Xidməti üçün vətəndaşlaragöstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir və bu istiqamətdə işlər davam etdirilməkdədir.Bu sahədə aparılan islahatlarvə yeniliklər xidməti fəaliyyətdə şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Silahlı Qüvvələrinsağlam çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirilməsi, səfərbərlik sisteminin səmərəliliyinin artırılması məqsədini daşıyır.





