Son yeniləmə: 25 Avqust 2025
BAYRAQDAR MEDİA – MİDA Yasamal Yaşayış Kompleksində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni təhvil alınmış 351 nömrəli körpələr evi-uşaq bağçasının müvafiq qaydalara uyğun olaraq fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.
Məlumatda deyilir ki, valideynlər 21 avqust 2025-ci il saat 11:00-dan etibarən www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər: “Qeyd edək ki, MİDA Yasamal Yaşayış Kompleksində 345 nömrəli körpələr evi-uşaq bağçası da fəaliyyət göstərir. Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir”.





