Press "Enter" to skip to content

Həssas əhali qruplarından olan uşaqlar üçün sosial xidmətlər

Həssas əhali qruplarından olan uşaqlar üçün sosial xidmətlər

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) daimi Günərzi Qayğı Mərkəzlərində həssas əhali qruplarından olan uşaqlara müxtəlif sosial xidmətlər göstərilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Agentliyin Abşeron, Pirallahı və Xəzər (Abşeron rayonu Saray qəsəbəsi, Pirallahı rayonu Səməd Vurğun küçəsi, Xəzər rayonu Mərdəkan qəsəbəsi) rayonlarında yerləşən sosial xidmət müəssisələrinin nəzdində fəaliyyət göstərən həmin mərkəzlər xüsusi qayğıya ehtiyacı olan şəxsləri yarımstasionar formada zəruri xidmətlərlə təmin edir. Bu mərkəzlərdə əlilliyi olan uşaqlar bir sıra sosial-reabilitasiya xidmətlərinə cəlb olunurlar”.

Ardınca xəbərdə, “Mərkəzlərə qəbul olunan uşaqlar həftənin beş günü saat 9:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərdən yararlanırlar. Agentliyin mütəxəssisləri tərəfindən şəxslərin psixo-sosial reabilitasiyası, fərdi və qrup işlərinə cəlb olunması, idman, rəqs, musiqi və digər məşğələlərə, müxtəlif tədbirlərə qoşulmaları, həmçinin valideynlər üçün valideynlik bacarıqlarının artırılması üzrə təlim proqramlarının təşkili və digər xidmətlər göstərilir” deyə qeyd edilir.

Bu mərkəzlərin xidmətlərindən yararlanmaq üçün SXA-ya, Agentliyin müvafiq filiallarına, eləcə də “DOST” mərkəzlərinə müraciət etmək mümkündür.

Mission News Theme by Compete Themes.