Press "Enter" to skip to content

Suriya – Azərbaycan İşçi Qrupunun onlayn formatda ilk iclası

Suriya - Azərbaycan İşçi Qrupunun onlayn formatda ilk iclası

BAYRAQDAR MEDİA – Avqustun 21-də humanitar sahələri əhatə edən Suriya – Azərbaycan İşçi Qrupunun onlayn formatda ilk iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə elm və təhsil nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya – Azərbaycan İşçi Qrupunun rəhbəri Kənan Kərimzadə, Azərbaycan tərəfindən İşçi Qrupunun üzvləri, Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov, həmçinin Suriyanın ali təhsil və elmi araşdırmalar nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya–Azərbaycan İşçi Qrupunun rəhbəri Ğeys Varqouzeq və Suriya tərəfindən İşçi Qrupunun üzvləri iştirak ediblər”.

Sonra xəbərdə, “sözügedən görüş çərçivəsində iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, habelə suriyalı tələbələrin Azərbaycanın ali təhsil müəssisələrində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsilalma imkanlarının araşdırılması istiqamətində fikir mübadiləsi aparılıb” deyə bildirilir.

Qeyd edək ki, 4 may 2025-ci il tarixində Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Suriyaya təşkil olunmuş rəsmi səfərin nəticəsi olaraq iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə humanitar sahələri əhatə edən Suriya – Azərbaycan İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilib.

Mission News Theme by Compete Themes.