BAYRAQDAR MEDİA – Türkiyənin milli təhsil naziri Yusuf Tekinin imzası ilə bütün vilayətlərə 2025–2026-cı tədris ilinə dair ümumi təlimat göndərilib. Təlimata görə ilk dərs “Meşə Yanğınlarına Qarşı Yaşıl Vətəni Qorumaq” mövzusu ilə keçiriləcək.
Bu barədə haberankara.com saytı məlumat yayıb.
Məlumata əsasən, bununla yanaşı, Təhsil Nazirliyi bəzi məktəblərdə “zəngsiz məktəb” tətbiqinə keçəcəyini açıqlayıb: “Bu yolla şagirdlərdə məsuliyyət duyğusunun artırılması hədəflənir. Milli Təhsil Nazirliyi yeni tədris ilində şagirdlərdə məsuliyyət hissini gücləndirmək məqsədilə “zəngsiz məktəb” tətbiqinə başlayacaq. Nazir Yusuf Tekinin imzası ilə bütün vilayətlərə göndərilən “2025–2026-cı tədris ili ilə bağlı iş və tədbirlər” mövzusunda təlimata əsasən, yeni tədris ili 8 sentyabrda başlayacaq”.





