Press "Enter" to skip to content

“Tullantıları hədiyyələrə dəyiş” festivalı olacaq

“Tullantıları hədiyyələrə dəyiş” festivalı olacaq

BAYRAQDAR MEDİA – Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı 23 avqust tarixində Bakının Nizami rayonunda keçiriləcək.

Bu haqda xəbət BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ETSN-in təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka/banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər”.

Bildirək ki, festival saat 16:00-dan 18:00-dək Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında (Qara Qarayev metro stansiyasının yaxınlığı, “Sevinc Mall”un qarşısı) keçiriləcək.

Mission News Theme by Compete Themes.