Press "Enter" to skip to content

Oşda Qazaxıstanın baş konsulluğu açılıb

Açılış zamanı

BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Qırğızıstana rəsmi səfəri ərəfəsində Qazaxıstanın Oş şəhərindəki baş konsulluğunun açılış mərasimi keçirilib.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla Kazinforum məlumat yayıb.

Məlumata görə, tədbirdə Qazaxıstanın xarici işlər nazirinin müavini Ermuğambet Konuspayev, Qırğızıstanın xarici işlər nazirinin birinci müavini Asein İsayev, Prezidentin Oş vilayətindəki səlahiyyətli nümayəndəsi Elçibek Cantayev, Oş şəhərinin meri Jenishbek Toktorbayev, həmçinin Qırğızıstan ictimaiyyətinin və işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.

Çıxışı zamanı E. Konuspayev vurğulayıb ki, Qazaxıstanın bu bölgədə baş konsulluğunun açılması iki ölkə arasında möhkəm qonşuluq və qardaşlıq münasibətlərinin sarsılmazlığını simvolizə edən əlamətdar bir hadisədir.

Məlumatda o da qeyd edilib ki, baş konsulluğun konsulluq dairəsinə 3 minə yaxın Qazaxıstan vətəndaşının yaşadığı Oş, Cəlal-Abad və Batken vilayətləri daxildir.

Təxminən 500 min nəfər əhalisi olan və ölkənin güney bölgəsinin inzibati, iqtisadi və mədəni mərkəzi rolunu oynayan Oş Qırğızıstanın ikinci ən böyük şəhəridir.

Mission News Theme by Compete Themes.