Press "Enter" to skip to content

Səfirdən TİKA-ya ziyarət

Ziyarət zamanı

BAYRAQDAR MEDİA – Ukraynanın Ankaradakı səfiri Nariman Celal Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Erenlə görüşüb. Görüş TİKA-nın ev sahibliyi ilə keçirilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, səfir N.Celal bildirib ki, TİKA Rusiyanın təcavüzünə baxmayaraq Ukraynada dəyərli fəaliyyətlərini davam etdirir:“Ukraynaya göstərdiyi dəstəyə və vətəndaşlarımıza fayda verən dostluq layihələrinə görə TİKA-ya səmimi təşəkkürümüzü bildiririk.”

O, həmçinin A.Erenlə mövcud layihələri və gələcək əməkdaşlıq imkanlarını da müzakirə etdiklərini qeyd edib.

Mission News Theme by Compete Themes.