Press "Enter" to skip to content

Göygöl rayonunda “II Moruq Festivalı” olacaq

Göygöl rayonunda “II Moruq Festivalı” olacaq

BAYRAQDAR MEDİA – 30-31 avqust tarixlərində Göygöl rayonunda “II Moruq Festivalı” keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək festivalın tərəfdaşları KTN, Dövlət Turizm Agentliyi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, Aqrar İnnovasiya Mərkəzi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatorluğu, “Göygöl Şərab Zavodu” ASC, “Şirin Aqro” QSC, “Xanni-2017” MMC və digər dövlət və özəl qurumlardır. Festival Göygöl rayonunun Keşkü kəndində olacaq”.

Festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun təbiətinin unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.

Bildirək ki, həftəsonu hər gün saat 10:00-21:00 aralığında baş tutacaq festivalın ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünəcək.

Mission News Theme by Compete Themes.