Press "Enter" to skip to content

Maarifləndirici tədbir keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Bakıxanov qəsəbəsində həssas qrupların hüquqi, tibbi, sosial problemlərinin həlli təşəbbüsləri” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

Bu barədə İctimai Birliyin xəbərində qeyd edilib.

Bildirilib ki, tədbir Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 34 ünvanında təşkil olunub: “Tədbiri layihənin təlimçisi Oktay Qasımov aparıb. İştirakçılara sosial hüquqlar, onların qorunması, hüquqlar pozulduqda müraciət mexanizmləri, həmçinin təşkilatın bu istiqamətdə göstərdiyi dəstək imkanları barədə ətraflı məlumat verilib. Toplantıda iştirakçıların sualları cavablandırılıb, həmçinin praktik məsləhətlər təqdim olunub”.

Tədbirdə iştirakçıları hüquqşünas Leyli Quliyevaya fərqli mövzularda müraciət edərək hüquqi məsləhət alıblar. Layihə çərçivəsində tənha, yaşlı, xəstə və əlilliyi olan şəxslərin tibbi müayinəsinin təşkili, hüquqi yardımların göstərilməsi, ev şəraitində sosial dəstəyin təmin olunması və maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.

Tədbir zamanı foto və video çəkilişlər aparılıb, iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil edilib.

Mission News Theme by Compete Themes.