Press "Enter" to skip to content

QHT layihəsi çərçivəsində növbəti təlim

Təlimdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin növbəti tədbirini keçirib.

Bu barədə İctimai Birliyin məlumatında qeyd edilib.

Məlumata görə, Şirvan şəhər Gənclər Evində keçirilən tədbirdə əsasən şəhər bələdiyyə və icra nümayəndələrindən ibarət olan 17 nəfər iştirak edib: “Təlimi təşkilatın təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva aparıblar. Tədbir layihənin birinci mərhələsinin qısa xülasəsi və ev tapşırıqlarının təqdimatı ilə başlayıb. İştirakçıların hazırladığı 4 layihə təqdim olunaraq qrup tərəfindən müsbət qarşılanıb. Ardınca təlimçi Əntiqə Qurbanova iştirakçılara sosial problemlərin həllinə əhalinin cəlb edilməsi, qadın haqlarının müdafiəsində bələdiyyələrin rolu və məişət zorakılığı qurbanlarına dəstək imkanları mövzularında ətraflı məlumat verib”.

Təlimdə interaktiv müzakirələr təşkil olunub. İştirakçılar kiçik qruplara bölünərək “donorlar niyə sizə maliyyə dəstəyi göstərməlidir?” mövzusu üzərində işləyiblər. Bələdiyyə, fond və sahibkarlardan ibarət qruplar birgə fəaliyyət mexanizmlərini müzakirə edib, ideyalarını təqdim ediblər.

Tədbirin sonunda iştirakçılar təqdimatlarını bölüşüblər və təlimin praktiki faydasını yüksək qiymətləndiriblər. Görüş çay və şirniyyat süfrəsi ilə yekunlaşıb.

Mission News Theme by Compete Themes.