BAYRAQDAR MEDİA – Avqustun 25-dən Qubada 12 yaşadək futbolçular arasında II “Ulduz Cup” beynəlxalq turniri başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “yarış avqustun 28-dək davam edəcək. Turnir GİN-in “Youtube” kanalında canlı yayımlanır. İzləyicilər qarşılaşmaları link vasitəsilə izləyə bilərlər”.





