Press "Enter" to skip to content

1200-ə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Dövlət Məşğulluq Agentliyi Laçın rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, “həmin sakinlərdən artıq 1200-ə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 1132 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 74 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb) 49 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib”.

Məlumata görə, hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Mission News Theme by Compete Themes.