Press "Enter" to skip to content

Ağrı dağının zirvəsindəki buz təbəqəsi sürətlə əriyir

Ağrı dağı

BAYRAQDAR MEDİA – Türkiyənin ən yüksək nöqtəsi olan Ağrı dağındakı buzlaqlar, qlobal istiləşmənin təsiri ilə sürətlə əriyir.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, Iğdır Universiteti Fen-Edebiyyat Fakültəsi Coğrafiya Bölməsinin müəllimi dosent Dr. Mehmet Ali Çelik bildirib ki, son 100 ildə buzul sahəsi böyük ölçüdə kiçilib: “Onun verdiyi məlumata görə, keçmişdə təxminən 70 kvadratkilometrlik ərazini əhatə edən buz təvəqəsi, 1900-cü illərin əvvəlində 15 kvadratkilometrə qədər geri çəkilmişdi. Hazırda isə bu sahənin 4,5–5 kvadratkilometr arasında olduğu güman edilir. Bu fakt, buzlaqda sürətli ərimə prosesinin getdiyini göstərir”.

M.A.Çelik vurğulayıb ki, Ağrı dağının güney yamaclarında demək olar ki, heç buzlaq qalmayıb. Hazırda buzlaqlar əsasən quzey və quzey-batı yamaclarda, 4 500–4 700 metr yüksəkliklərdə müşahidə olunur.

Mission News Theme by Compete Themes.