Press "Enter" to skip to content

Evdən 10 min pul oğurlayan şəxslər saxlanılıb

BAYRAQDAR MEDİA – Yasamal rayonunda talama cinayəti qeydə alınıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən şəxs polisə məlumat verib. Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N.Qəmbərov saxlanılıblar”.

Faktla bağlı araşdırma aparılır.

Mission News Theme by Compete Themes.