BAYRAQDAR MEDİA – Kars Ailə və Sosial Xidmətlər İdarəsinin nəzdində fəaliyyət göstərən Sarıkamış Sosial Xidmət Mərkəzinin əməkdaşları üçün zəlzələ və yanğınla bağlı maarifləndirmə təlimi keçirilib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, Kars AFAD əməkdaşları tərəfindən keçirilən təlimdə mümkün təbii fəlakət və yanğın hallarında görülməli tədbirlər, düzgün təxliyə üsulları və fövqəladə vəziyyətlərdə atılmalı addımlar praktik şəkildə izah edilib: “Təlim proqramı vasitəsilə əməkdaşların fəlakətlərə qarşı məlumatlılığının artırılması, insan həyatı və əmlakın təhlükəsizliyinin qorunması hədəflənib. Kars Ailə və Sosial Xidmətlər İdarəsinin nümayəndələri bu kimi təlimlərin mütəmadi olaraq davam etdiriləcəyini bildirərək, fəlakət şüurunun cəmiyyət arasında genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar”.





