Press "Enter" to skip to content

Uşaq evi sosial xidmət müəssisələrinin üç sakini ali məktəbə daxil olub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin üç sakini ali məktəbə daxil olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Agentliyin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Nuray Babək qızı Sasani Bakı Xoreoqrafiya Akademiyasının, 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Ayşən Aydın qızı Quliyeva Gəncə Dövlət Universitetinin, 2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin sakini Zakir Amid oğlu Ələkbərli isə Lənkəran Dövlət Universitetinin tələbəsi adını qazanıblar. Gənclərimizi bu münasibətlə təbrik edir və gələcək həyatlarında yeni-yeni uğurlar diləyirik”.

Mission News Theme by Compete Themes.