Press "Enter" to skip to content

Ağac qovuğundan kilo-kilo bal çıxdı

Təxminən 5 kiloqram bal əldə edilib

BAYRAQDAR MEDİA – Elazığın Palu rayonuna bağlı Karasalkım kəndində sakinlər təbiətin bəxş etdiyi orqanik balı öz imkanları ilə əldə ediblər. Kənddə yaşayan iki nəfər arıların izini izləyərək meşəlikdə bir ağacın kovuğunda təbii bal olduğunu aşkar edib.

Bu barədə elazigsonhaber.com saytı məluamt yayıb.

Məlumata görə, uzun zəhmətdən sonra ağacın içindəki pətəklərə çatan bal ovçuları arıların məhv olmaması üçün ana arını da götürərək onları kovana yerləşdiriblər: “Təxminən 5 kiloqram bal əldə edilib. Bildirilir ki, bu balın kilo qiyməti orta hesabla 3–4 min lirədir. Bölgə sakinləri bildirirlər ki, son illərdə orqanik məhsullara artan maraq səbəbindən təbii balın dəyəri daha da yüksəlib. Müxtəlif sağlamlıq faydaları ilə tanınan təbii bal, immunitetin gücləndirilməsindən tutmuş tənəffüs yollarına qədər bir çox sahədə şəfa mənbəyi kimi qəbul edilir. Yüksək qiymətinə baxmayaraq, orqanik və qatqısız olması səbəbindən böyük tələb görən bal yerli əhalinin də diqqətini çəkir”.

Mission News Theme by Compete Themes.