Əli Orucov: Zəngəzur dəhlizi artıq region üçün yeni bir nəqliyyat xətti olmaqdan çox, böyük bir geoiqtisadi və geosiyasi layihəyə çevrilir
BAYRAQDAR MEDİA – “Avqustun 8-də Ağ Evdə Prezident Donald Trampın təşəbbüsü ilə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında imzalanan tarixi anlaşmalar və Zəngəzur dəhlizinin (Tramp yolu) açılması ilə bağı əldə olunan razılaşmalar Rusiya və İranın xoşuna gəlmədi. Hər iki paytaxtlardan bununla bağlı narazılıq və etiraz bəyanatları səsləndirildi”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında politoloq Əli Orucov deyib,
O, qeyd edib ki, bu məsələdə duqqət çəkən Türkiyədə bəzi dairələrin Zəngəzur dəhlizinin istifadəyə verilməsi barədə narahatlığı və buna qarşı çıxmaları oldu: “Həmin dairələrin yozumlarına görə guya Ankara proseslərdən kənarda saxlanılıb və bu razılaşmalar Türkiyənin maraqlarına cavab vermir. Lakin qeyd etmək lazımdır ki, dəhlizin açılmasında ən çox təşəbbüs göstərən və bu yöndə aktiv işləyən həm də Türkiyə olub. Həmçinin Bakının Ankaranın mənafelərinə zidd olacaq hansısa addım atacağı absurddur və hər iki qardaş ölkə arasında münsibətlər ən üst səviyyədədir. Fikrimcə dəhlizin açılması barədə əldə olunmuş razılaşmalara qarşı çıxan və bunu düzgün təqdim etməyənlər ya qərəzlidirlər, ya da kənar qüvvələrin təsiri altınadır. Yaxud hesablamaları doğru-dürüst apara bilmirlər”.
Müsahibimiz daha sonda deyib: “Məlumdur ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanı Azərbaycanla (Naxçıvanla) birləşdirəcək dəhliz deyil və bunu qlobal əhəmiyyəti var. Bu dəhliz Asiyanı Avropa ilə birləşdirəcək bağdır. Orta Dəhliz nəqliyyat qovşağının vacib həlqəsidir. Batının enerji şaxələndirilməsində və təhlükəsizliyinin daha etibarlı təmin edilməsində, həmçinin ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, logistika, sərnişin və yük daşımada mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi “Zəngəzur dəhlizi artıq region üçün yeni bir nəqliyyat xətti olmaqdan çox, böyük bir geoiqtisadi və geosiyasi layihəyə çevrilir”. Bu dəhliz Asiya və Avropa arasında inteqrasiya prosesinin sürətləndirəcək”.
Ə.Orucov bildirib ki, bu qlobal layihədən qardaş Türkiyə də yararlanacaq: “Qardaş ölkə yeni əlverili imkanlar qazanacaq. Ötən həftə Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasiminə Prezident Recep Tayyip Erdoğan yazılı müraciətində bu dəhlizi sülh və qardaşlıq dəhlizi adlandırmışdır. Bu doğru bir yanaşmadır. Dəhliz Güney Qafqaz regionda yüksək rifah, əməkdaşlıq, qarşılıqlı faydalanmalar baxımından geniş imkanlar açır. Türkiyəli mütəxəsislərin hesablamalarına görə 30 il ərzində qardaş ölkəyə Zəngəzur dəhlizində 4.4 milyard dollar qazanc gələcək. Bunun digər səmərəsi barədə qısa da olsa yuxarıda toxundum”.
Politoloq vurğulayıb ki, Rusiyanın və İranın etirazlarına baxmaraq bu dəhlizin tezliklə istifadəyə veriləcəyi gözlənilir: “Çünki burada həm Türkiyə və Azərbaycan kimi region dövlətlərinin qəti iradəsi ortadadır, həm Birləşmiş Ştatlar kimi gücün təminatı altındadır, həm də Ermənistan özü bunun marağındadır”.





