Press "Enter" to skip to content

Dünyada epizootik vəziyyətə dair – VİDEO

Dünyada epizootik vəziyyətə dair

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyada blutanq, dabaq və yüksək patogen quş qripi xəstəliyinə yeni yoluxma halları baş verib. Hazırda 61 ölkədə yüksək patogen quş qripi, 28 ölkədə blutanq, 18 ölkədə dabaq, 11 ölkədə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, 10 ölkədə isə Nyukasl xəstəliyi mövcuddur”.

Ümumilikdə 15 xəstəlik üzrə 85 ölkəyə və yaxud ölkə daxilindəki regionlara məhdudiyyətlər tətbiq edilib.

Mission News Theme by Compete Themes.