Press "Enter" to skip to content

Kars qazı təhlükə altında

Kars qazı

BAYRAQDAR MEDİA – Karsın məşhur mətbəx neməti və süfrələrin əvəzolunmaz ləzzəti olan Kars qazı ciddi təhlükə ilə üz-üzədir.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Məlumata görə, əyalətdəki qaz istehsalının kifayət qədər olmaması və digər bölgələrdən demək olar ki, qaçaq yolla gətirilən qazların bazarı ələ keçirməsi yerli istehsalçıları çətin vəziyyətə salıb: “Karsa məxsus bu qədim cinsin soyunun tükənmə təhlükəsi ilə qarşılaşması isə həm iqtisadiyyatımıza, həm də mədəni irsimizə ağır zərbə vurur. Yerli istehsalın azalması ilə fürsətçilərin diqqəti Karsa yönəlib. Artıq mağazaların rəflərində, restoran menyularında və bazarlarda “Kars qazı” adı ilə satılan qazların böyük hissəsi başqa şəhərlərdən gətirilir. Bu qazların isə nə dad, nə də keyfiyyət baxımından Kars qazı ilə heç bir əlaqəsi yoxdur”.

Mission News Theme by Compete Themes.