Press "Enter" to skip to content

1 min 250-dək imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

1 min 250-dək imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən bu il 1 min 250-dək imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “həmin şəxslər əlilliyi olan şəxslər və şəhid ailələrinin üzvlərindən ibarət olub. Onlardan əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə həmin mərkəzlərə yola salınıblar. Qeyd edilən imtiyazlı şəxslər respublikamızın müxtəlif ərazilərində yerləşən sanatoriya-kurort və müalicə mərkəzlərində xəstəliklərinə uyğun fizioterapevtik müalicə kursu keçiblər”.

Mission News Theme by Compete Themes.