BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Məlumata görə, görüşdəticari-iqtisadi tərəfdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması və qarşılıqlı işbirliyinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub: “İki ölkə arasında iqtisadi sahədə hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. İnvestisiya, nəqliyyat-tranzit, texnologiya, kənd təsərrüfatı sahələri tərəfdaşlığın əsas prioritet istiqamətləri kimi diqqətə çatdırılıb. Həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb”.





