BAYRAQDAR MEDİA – Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər – 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər”.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.





