BAYRAQDAR MEDİA – Türkiyədə Yüksəköyrətim Qurumları İmtahanı (YKS) 2025 yerləşdirmə nəticələri, Anadolu Universitetinin namizəd tələbələr arasındakı güclü mövqeyini bir daha ortaya qoyub.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, universitet həm yüksək nəticə göstərən tələbələrin seçimlərində önə çıxıb, həm də kvotalarını aşaraq doluluq faizini 102,3-ə yüksəldib: “İlk 20 minlik nəticə arasında 600 tələbə Anadolu Universitetini seçib. 1.651 tələbə universiteti ilk 5 seçiminə, 1.113 nəfər isə ilk 3 seçiminə yazıb. Əyani bakalavr və subbakalavr proqramlarında 2.938 yerə qarşı 2.967 tələbə qəbul olunub, Açıqöyrətim proqramlarında isə 50.800 yerə qarşı 51.985 tələbə yerləşdirilib”.
Məlumatda o da vurğulanıb ki, universitet uğur təqaüdləri ilə tələbələrini dəstəkləməyə davam edir: “EDEV çərçivəsində verilən təqaüdlər YKS və xüsusi qabiliyyət imtahanlarında seçilən gənclərə qarşılıqsız dəstək təqdim edir. Bu il təqaüd qazanan tələbələr arasında Əczaçılıq, Hüquq və Təhsil fakültələrindən uğurlu adlar yer alıb”.
Anadolu Universitetinin rektoru professor Yusuf Adıgüzel belə deyib:“Universitetimizin tələbələr tərəfindən ilk sıralarda seçilməsi akademik keyfiyyətimizin və güclü kampus həyatımızın göstəricisidir. Yeni tələbələrimizi bilikli və bacarıqlı gələcəyə hazırlamanın həyəcanını yaşayırıq.”





