Press "Enter" to skip to content

KTN-də Uqandanın nümayəndə heyəti ilə görüş

KTN-də Uqandanın nümayəndə heyəti ilə görüş

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqları salamlayan İ.Qədimova onlara Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan tərəfdaş dövlətlərlə digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.

Sonra xəbərdə, “görüşdə Azərbaycanla Uqanda arasında aqrar sahədə əməkdaşlıq imkanları, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi və digər məsələlər müzakirə olunub. C.Mulimba ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər” deyə qeyd olunur.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.