Press "Enter" to skip to content

Nazir Xaçmazda vətəndaşların müraciətlərini dinləyib – VİDEO

Nazir Xaçmazda vətəndaşların müraciətlərini dinləyib

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 28-də və 29-da Xaçmaz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “nazir əvvəlcə Xaçmaz rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Sonra rayon polis şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı və digər rayonlardan gələn 409 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib”.

Sonra xəbərdə, “müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Səfər çərçivəsində V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Vətən müharibəsinin 27 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 335 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.