BAYRAQDAR MEDİA – Özbəkistan Milli Statistika Komitəsinin açıqladığı məlumatlara görə, 28 avqust 2025 tarixinə olan göstəriciyə əsasən, ölkənin əhalisi 38 milyonu keçib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Xəbərdə deyilir ki, Dünya Əhali Araşdırmalarının məlumatına görə isə Özbəkistan 234 ölkə arasında əhali sayına görə 43-cü yerdə, Türküstan bölgəsində isə birinci yerdə qərarlaşıb: “Bölgədə Özbəkistandan sonra 21 milyon əhalisi ilə Qazaxıstan, 10,7 milyon əhalisi ilə Tacikistan gəlir. Türküstandakı digər türk dövlətləri arasında isə Türkmənistan 7,6 milyon əhalisi ilə dördüncü, Qırğızıstan isə 7,3 milyon əhalisi ilə beşinci yeri tutur”.





