Press "Enter" to skip to content

Ümumilikdə 300-ə yaxın ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

Görüşdən xatirə fotosu

Ukraynanın Azərbaycandakı səfiri və ukraynalı deputatlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində olublar

BAYRAQDAR MEDİA – Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və ölkəmizdə səfərdə olan ukraynalı deputatlar Yuriy Kisiel və İqor Nehulevski Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində olublar.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, onlar Mərkəzdə reabilitasiya kursu keçən 30 nəfər ukraynalı uşaqla görüşüb, onların reabilitasiya prosesi ilə yaxından tanış olublar: “Y.Qusev burada Ukraynadan olan uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan, onların reabilitasiyası üçün aparılan işlərdən məmnunluğunu ifadə edib. Ukraynalı uşaqlara Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Həmçinin onların tarixi və görməli yerlərə ekskursiyaları da təşkil olunur. Bundan əvvəlki 8 qrupla birlikdə ümumilikdə 300-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətləri ilə təmin edilib”.

Mission News Theme by Compete Themes.