Press "Enter" to skip to content

ABŞ Mahmud Abbasın vizasını ləğv edib

Mahmud Abbas

BAYRAQDAR MEDİA – ABŞ Dövlət Departamenti Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas və 80 fələstinli rəsmiyə verilən vizaların ləğv edildiyini açıqlayıb. Bu qərar, fələstinli rəsmilərin sentyabr ayında Nyu-Yorkda keçiriləcək 80-ci Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmasını əngəlləyir.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio, fələstinli liderləri “sülh səylərini pozmaqda” və Fələstin dövlətini birtərəfli şəkildə tanıtmağa çalışmaqda ittiham edib: “Məhz bu Baş Assambleya iclasında Fələstinin dövlət kimi tanınması üçün Fransanın öncüllük etdiyi beynəlxalq təşəbbüslər də gündəmə gətiriləcəkdi. Bir sıra Avropa ölkələri daxil olmaqla bir çox dövlətlərin Fələstini rəsmən tanımağa hazırlaşdığı bildirilirdi”.
Məlumatda deyilir ki, Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mansur daha əvvəl Abbas və fələstinli nümayəndə heyətinin Nyu-Yorkdakı iclasa qatılacağını açıqlamışdı: “Lakin ABŞ Dövlət Departamenti Fələstin Azadlıq Təşkilatı (FAT) və Fələstin Muxtariyyətinin üzvlərinə verilmiş vizaların ləğvi səbəbilə Abbas və nümayəndə heyətinin səfərinin mümkünsüzləşdiyini bəyan edib”.

Mission News Theme by Compete Themes.