BAYRAQDAR MEDİA – Kuzey Kıbrısn Doğu Akdeniz Universiteti (DAÜ) məzunlarının övladlarına göstərdiyi təhsil dəstəyi ilə diqqət çəkir.
Bu barədə univeristetdən məlumat verilib.
Məlumata görə, DAÜ-də bakalavr və ya subbakalavr (kollec) təhsili alan məzunların övladlarına 25 faiz təhsil haqqı endirimi tətbiq olunur: “Əgər tələbənin həm anası, həm də atası DAÜ məzunu olarsa, endirim faizi 50-yə qədər yüksəlir. Bu tətbiq, DAÜ-nün məzunlarına verdiyi dəyərin və təhsildə ailə bağlarını möhkəmləndirmə anlayışının göstəricisi kimi önə çıxır”.
DAÜ rektoru professor Hasan Kılıç məsələ ilə bağlı verdiyi açıqlamada belə deyib: “DAÜ olaraq tələbələrimizi və məzunlarımızı hər zaman öncəliyimiz və ailə üzvümüz kimi görürük. Təqdim etdiyimiz təqaüd imkanları ilə onların təhsil yolunu dəstəkləməyi və ailələrin üzərindəki maliyyə yükünü azaltmağı hədəfləyirik. Nəsildən-nəslə DAÜ-lü olmaq, ailələr üçün həm qürur mənbəyi, həm də təhsildə fürsət deməkdir. DAÜ olaraq, bu təhsil dəstəyi ilə məzunlarımızın övladlarının akademik yolunu gücləndirməyə davam edəcəyik.”





