BAYRAQDAR MEDİA – 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi sentyabr ayında Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyi tərəfindən keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “pitçinq mərhələsi iştirakçılara film layihələrini təqdim etmək imkanı yaradacaq. Hər layihəyə ümumilikdə 15 dəqiqə vaxt ayrılıb. Bu müddət çərçivəsində layihənin təqdimatı və müzakirə hissələri olacaq. Yalnız tammetrajlı bədii filmlər üçün əlavə olaraq bir dəqiqəlik tizer nümayişi nəzərdə tutulur. Təqvimə əsasən, 5 sentyabrda 5 animasiya və 3 tələbə filmi, 12 sentyabrda 8 qısametrajlı bədii film, 19 sentyabrda 4 bədii-sənədli və 3 sənədli film, 26 sentyabrda isə 6 tammetrajlı bədii film təqdim olunacaq”.
Bildirək ki, təqdimatlar saat 10:00-da Nizami Kino Mərkəzində başlayacaq.





