BAYRAQDAR MEDİA – Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 2 sentyabr saat 23:59-dək davam edəcək.
Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, “ixtisas seçmək hü¬ququ olan abituriyent ali təhsil müəssisə¬ləri¬nin və orta ix¬tisas təhsili müəssisələ-rinin 20-dək ixtisas kodu¬nu seçib, onları eservices.dim.gov.az/erizebak/ixtisas2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub”.





