BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Fələstin Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xalqlar arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu vurğulayıb. Nazir Azərbaycan ilə Fələstin arasında həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib. T.Musayev, həmçinin Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb. Sonda nazir gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib”.
Daha sonra xəbərdə, “öz növbəsində Ə.Metani Fələstinə göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, iki ölkə arasında tarixi və ənənəvi dostluq münasibətlər mövcuddur. Səfir, eləcə də SN ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib” deyə qeyd olunur.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.





