BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əhaliyə müraciət edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “müşahidələr göstərir ki, sürücülərin sükan arxasında diqqətsizliyi və məsuliyyətsizliyi ağır yol-nəqliyyat hadisələrinə, özlərinə və digər hərəkət iştirakçılarına, həmçinin yol infrastrukturuna ziyan dəyməsinə səbəb olur. Bu cür qəzalar əsasən sürücülərin zolağı dəyişərkən diqqətsizliyi, sürəti hərəkət intensivliyinə uyğun tənzimləməmələri səbəbindən baş verir. Nəticədə, xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə sıxlıq yaranır, hərəkət çətinləşir”.
Sonra xəbərdə, “Mərkəz sürücülərə müraciət edərək bildirib ki, sükan arxasına əyləşən hər bir sürücü yollarda diqqətli olmalı, yol nişanlarının tələblərinə uyğun hərəkət etməli, qarşılaşa biləcəyi hər hansı maneəyə görə qəzanın baş verməməsi üçün sürət həddini və hərəkət zolağını düzgün seçməlidir. Həmçinin texniki problemə görə məcburi dayanma zamanı sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənara çəkməli, qəza işıqlarını yandırmalı və xüsusi nişandan istifadə etməlidir. Yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün yollarda diqqətli və məsuliyyətli olmaq, qaydalara riayət etmək lazımdır” deyə qeyd edilir.





