BAYRAQDAR MEDİA – AZCON Holding şirkətlərindən olan ADY tərəfindən 2025-ci ilin 8 ayında 265 blok qatar qəbul edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisindən 58 faiz çoxdur.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Qeyd edilib ki, analoji dövrdə bu qatarlarla 28 261 TEU konteyner yük daşınıb və ötən ilin eyni dövrü ilə müqayisədə 67 faiz artım qeydə alınıb.





